Ön yarpaq
Həyatı
Kitablar
Haqqında yazılanlar
Əsərləri
Şəkillər
Videolar
Arxiv
Qonaq dəftəri 
Əlaqə
   
   

Fikrət Qoca: Əli Kərim

Salam Əziz dostum Əli Kərim. Sənsiz keçən bu 33 il ərzində Səninlə çox söhbət etmişəm. Bəzən də elə-belə xəyalımda Səninlə söhbət etmişəm. Salam, dostum, ona görə deyirəm ki, dostunu adam özü öləndə itirir. Nə qədər ki, mən sağam, sən də mənim üçün sağsan. Məzarına da uyuşa bilmirəm. Elə bilirəm nəsə bir kənar şeydi. Sən isə həmişə mənimlə yol yoldaşı olan bir adamsan. Sənin bir yerdə düşüb qalıb, daşlaşmağına inana bilmirəm. Qırx il əvvəl mənə heç imkan vermirdin ki, Səni məclisdə, görüşlərdə tərifləyim. Bəhanə gətirirdin ki, "Mən çox təriflənmişəm, bəsimdir". Amma indi səndən hayıfımı çıxıram. Yeri düşəndə hətta bəzən yeri düşməyəndə də Səni tərifləyirəm, ətrafa boylanıram. Elə bilirəm kənardan baxıb qımışırsan. Tərifləyirəm, bir etiraz edən axtarıram ki, hayıfımı ondan çıxım. İstəyən də, istəməyən də razılaşır, susur. Susurlar, ona görə ki, yetmiş yaşlı Əli Kərim şeirlərinin saçına heç bir dən də düşməyib. Yetmiş yaşlı Əli Kərim heç bir saat da qocalmayıb. Xoş gördük qardaşım, Allah ömür versin, yenə, yenə görüşək.

Yazıçı, Oğuz Eli qəzetinin xüsusi buraxılışı

 
© Copyright 2013 Eli-Kerim.net | Bütün hüquqlar qorunur