Ön yarpaq
Həyatı
Kitablar
Haqqında yazılanlar
Əsərləri
Şəkillər
Videolar
Arxiv
Qonaq dəftəri 
Əlaqə
   
   

Məmməd Aslan: Əli Kərim...

Ömrügödək şairimiz... Bu halda "şair" sözündən əvvəl çox vaxt "nakam" sifətini də işlədirdilər. Yox, min dəfə yox, Əli Kərim nakam şairimiz deyil. O ilham pərisindən də kam alıb, həyati sevgisindən də, yerdən də, göydən də. Nəyə can atıb, ondan kamını götürüb. Can atdığı ideal zirvə, yəni şeir deyildimi?! Neçə poetik şeir uğurunda qovuşub, neçə uğurdan adı bənövşə qoxulu bahar Nəsimi kimi Odlar yurduna belədən-beləyə əsib. Bu nəfəsdən nəfəsimiz ətirlənib, duyğularımız təzələnib, dilimizdə təzə təşbehlər cücərib qalxıb... poeziya aləmində cavan yaşında qibtə mərkəzinə çevrilib. Deməli, ömrügödək şair üçün hələ nakamlıq deyil. Həqiqi şairin ömrügödəkliyi onun təşnə oxucusu üçün nakamlıq yaradır: daha neçə şerindən kam alardıq bu daşqın ömürlü şairin

Yazıçı, Oğuz Eli qəzetinin xüsusi buraxılışı

 
© Copyright 2013 Eli-Kerim.net | Bütün hüquqlar qorunur