Ön yarpaq
Həyatı
Kitablar
Haqqında yazılanlar
Əsərləri
Şəkillər
Videolar
Arxiv
Qonaq dəftəri 
Əlaqə
   
   

Ramiz Rövşən: Daş (Əli Kərimin xatirəsinə)

Bu sulara kim daş atdı?

Bu suları kim oyatdı?

Sular oyandı, daş yatdı,

ağlama, daşım, ağlama.

Ağaclarım yaşıl-yaşıl,

Yarpaqları aşıb-daşır,

Yarpaqların arasında

Daşla vurdular bir quşu,

ağlama, ağacım, ağlama.

Daş altından bir quş uçdu,

Gözündəki bu nə yaşdı?!

Qəbrimin üstündəki daş

Bir quşa atdığım daşdı,

ağlama, bacım, ağlama!...

 
© Copyright 2013 Eli-Kerim.net | Bütün hüquqlar qorunur